Hansı məhsullar təhlükəlidir?
Bizi izləyin

Qırmızı.az

Hansı məhsullar təhlükəlidir?

Hansı məhsullar təhlükəlidir?

Bazarlara çıxarılan nübar məhsullar yoxlanılmalı və təhlükəsizliyinə təminat verilməlidir. Təminatı olmayan nübar məhsullarını dadmaq düzgün deyil.

Bunu Publika.az –a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin müdiri İmran Abdullayev bildirib.

İmran Abdullayev əlavə edib ki, tərəvəz və bitkiləri tez yetişdirmək üçün torpağa kimyəvi maddələr və müxtəlif cür gübrələr vurulur. Bu maddələr isə torpaq vasitəsilə biitkilərə keçir:

“Ona görə də, həm torpaq, həm də orada bitən bitkilər nəzarətdə olmalıdır. Tərəvəzlər becərildikdən sonra elə tarladaca kənd təsərrüfatı orqanları tərəfindən yoxlanılmalıdır. Onlarda təhlükəsizlik göstəriciləri, tərkiblərində pestisitin, nitratın və digər üzvü gübrələrin qalıqları ölçülməldir. Məhsullar bundan sonra bazarlara buraxılmalıdır. Amma çox əfsuslar olsun ki, Azərbaycan bazarı bu gün çox qarışıq vəziyyətdədir. Bazara istənilən adam istədiyi malı çıxara bilir. Bu, bir sistem halını almalıdır və məhsullar bazarlara tam nəzarət altında çıxarılmalıdır. Həm fərdi təsərrüfatlarda, həm də istixanalarda hazırlanan tərəvəzlərin, eləcə də bir azdan sezonu başlayacaq qarpız-yemişin birbaşa bazarlara çıxarılmasına yol verilməməlidir. Bu işə nəzarət sistemli şəkildə olmalıdır ki, bazarlara təhlükəli mallar düşməsin”.

Qeyd edək ki valideynlər uşaqlarının vitaminlə təmin olunması üçün uşaqlara gündəlik olaraq meyvə və tərəvəz verirlər. İmran Abdullayev bu məsələdə valideynləri diqqətli olmağa çağırır,

Mütləq təhlükəsizlik göstəricilərinə cavab verən məhsullar olmalıdır. Həddindən çox kimyəvi maddələrdən, nitrat və üzvü kübrələrdən istifadə edilərək, becərilmiş meyvə-tərəvəzlərin tərkibi yoxlanılmalıdır. Normalara cavab verən qidalardan istifadənin heç bir təhlükəsi yoxdur. Amma xiyar, pomidor, çiyələk və digər məhsulların tərkibi normalara cavab vermirsə, onlardan istifadə təhlükəlidir”.-deyə İmran Abdulayev vurğulayıb.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm