Qırmızı.az
Azərbaycanda 2 nəfər minaya düşüb
Keçən ay Azərbaycanda 18 piyada və 158 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, minalardan əlavə 256 ədəd partlamamış hərbi sursat (PHS) da aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata görə, keçən ay ərzində 3,274,394 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Aprel ayı ərzində 2 nəfərin minaya düşməsi ilə bağlı hadisə qeydə alınıb. Hazırda əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb edilib. İndiyədək cəmi 255,999,893 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı isə 690,104-dür. Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Göygöl, Göyçay, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkəran, Naftalan, Tərtər, eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Güzdək qəsəbəsində davam etdirilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!