175 ədəd mina tapılaraq zərərsizləşdirildi
Bizi izləyin

Qırmızı.az

175 ədəd mina tapılaraq zərərsizləşdirildi

2014-cü ilin aprel ayı ərzində Azərbaycanda 3,274,394 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 256 PHS, 158 ədəd tank və 18 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.


İndiyədək cəmi 255,999,893 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,104-dür.

Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağstafa, Ağcabədi, Göygöl, Göyçay, Beyləqan, Füzuli, Qəbələ, Xocavənd, Lənkaran, Naftalan, Tərtər, eyni zamanda Bakı şəhəri, Qaradağ rayonu, Güzdək qəsəbəsində davam etdirilir. 2014-cü ilin aprel ayı ərzində 2 mina/PHS hadisəsi qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm