Tələbələr üçün Qarabağ münaqişəsinin tarixi ilə bağlı kurs keçirilib
Bizi izləyin

Qırmızı.az

Tələbələr üçün Qarabağ münaqişəsinin tarixi ilə bağlı kurs keçirilib

Tələbələr üçün Qarabağ münaqişəsinin tarixi ilə bağlı kurs keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” həsr olunan qısamüddətlı kurslara yekun vurulub.

Kursların bu dəfəki dinləyiciləri Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri olub. Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı təcavünün nəticələri” mövzusunda sonuncu mühazirəni oxuyub.

O, Ermənistanın işgalçılıq siyasətindən geniş danışaraq mövzunun Şuşanın işgal edildiyi günə təsadüf etdiyi üçün bildirdi ki, bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcədə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri bu gün Ermənistan silahlı qüvvələrin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirək bildirmişdir ki, “...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir.Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.”-deyə əlavə edib

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm