Qırmızı.az
Zakir Həsənov veteranları təbrik etdi
Müdafiə naziri general-polkovnik Zakir Həsənov respublikanın bütün veteran təşkilatlarını Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə təbrik edib.
Bu barədə "Axar.az"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Təbrikdə deyilir: "Sizi və Veteranlar Şurasının hər bir üzvünü
Böyük Vətən müharibəsində faşizm üzərində tarixi Qələbənin 69-cu
ildönümü münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş
arzularımı bildirirəm.
Siz bizim xalqımız üçün, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin
şəxsi heyəti üçün həmişə əziz və dəyərli insanlarsınız. Çünki Siz
insanlıq naminə böyük fəlakət olan faşizmlə mübarizədə ölümün
caynağından qurtarmış canlı əfsanələrsiniz.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev Sizi xalqımızın qızıl
fondu adlandırar, qəhrəmanlıq nümunələrinizin bu gün də, gələcəkdə
də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini
əbədi etməkdə bizim üçün örnək olduğunu dəfələrlə qeyd edərdi.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvərimizin Ali Baş Komandanı
cənab İlham Əliyev də diqqət və qayğısını heç vaxt Sizdən
əsirgəmir. Heydər Əliyev ənənələri bu gün uğurla davam etdirilir.
Bir neçə gün öncə möhtərəm Prezidentimizin verdiyi sərəncamlar
dediklərimizin təsdiqi, daha bir bariz nümunəsidir.
Mən bu bayram günündə müharibədə həlak olmuş və sonralar dünyasını
dəyişmiş bütün veteranlarımızın xatirəsini ehtiramla yad edir və
əmin olduğumu bildirirəm ki, Siz bundan sonra da ölkənin
ictimai-siyasi həyatında fəallıq göstərəcək, işğalda olan
torpaqlarımızın azad edilməsi üçün vətənpərvər oğullların tərbiyə
olunmasında, orduya hazırlanmasında, eləcə də Silahlı
Qüvvələrimizin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının
yüksəldilməsində fəal iştirak edəcəksiniz".
-
Ekologiya12:31
Sabaha olan hava PROQNOZU - 20 dərəcə isti
-
Cənubi Qafqaz12:01
Paşinyan Şahramanyana cavab verdi - İrəvanda “mühacir hökumət” davası
-
Hadisə11:46
Ağdərədə qumbaraatan tapıldı - FOTO
-
İdman11:06
"Qarabağ"ın futbolçusu Fransa klubu ilə anlaşdı - FOTOFAKT
-
Dünya10:56
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Bu ölkədən hücuma keçəcəklər
-
Nida Xəbər 10:30
Bu gün ilk Qədr gecəsidir
-
Magazin110:05
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
-
MDB09:36
Putin o gecə yuxuya getməyib - Səhərə qədər...