Tovuzda məktəblilər zəhərləndi
Bizi izləyin

Qırmızı.az

Tovuzda məktəblilər zəhərləndi

Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

Tovuz rayonunun Vahidli kəndində orta məktəbdə uşaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

Zərərçəkənlərin valideynlərinin sözlərin görə, 7 uşaq məktəbdə suxarı yedikdən sonra onlarda ürəkbulanma, qusma halları baş verib. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan şagirdlərə tibbi yardım göstərilib. Onlardan ikisinə - 9 yaşlı Murad Hacıyev və 10 yaşlı Yəhya Hacızadəyə vəziyyətləri daha ağır olduğu üçün sistem köçürülüb.

Xəstəxananın həkimi Aybəniz Dəmirovanın sözlərinə görə, hazırda xəstələrin vəziyyəti normaldır. /Kəpəz TV/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm