Qırmızı.az
Nazirlikdən “Son zəng”ə pul yığılması xəbərinə reaksiya
Təhsil Nazirliyindən “Son zəng” tədbirləri ilə bağlı açıqlama
veriblər. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna
cavab olaraq bildiriblər ki, bu il məktəblərdə “Son zəng”
tədbirləri keçiriləcək: “Hər il olduğu kimi, bu il də məktəblərdə
son zəng tədbiri keçiriləcək”,- deyə Nazirlikdən sorğumuza cavab
veriblər.
Nazirlikdən həmçinin “Son zəng” tədbirləri ilə əlaqədar olaraq
məktəblərdə əlavə pulların yığılması məsələsinə də aydınlıq
gətiriblər: “Həmin tədbir üçün pul yığılmasına gəlincə isə,
məktəblərdə hər hansı bir məqsədlə pul yığılması qadağan
olunub”.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil
İdarəsindən bu il Bakıdakı ümumtəhsil məktəblərini bitirəcək
məzunların sayı ilə bağlı açıqlama da veriblər. İdarənin
İctimaiyyətlə Əlaqələr sektorundan bildiriblər ki, Bakı şəhəri üzrə
Təhsil İdarəsinə tabe olan ümumtəhsil məkətəblərini bu il 20410
nəfər şagird bitirir.
İdarənin İctimaiyyətlə Əlaqələr sektorundan həmçinin bildiriblər
ki, birinci sinifə gedən uşaqların sayı ancaq qəbul tam bitdikdən
sonra bilinəcək.
İdarədən “Son zəng” tədbirləri hansı tarixdə keçiriləcəyi
məsələsində aydınlıq gətiriblər. Bildirilib ki, “Son zəng” bununla
bağlı müvafiq əmr olduqdan sonra dəqiq tarix açıqlanacaq.
Qeyd edək ki, Təhsil Nazirliyindən yeni dərs ilinin başlayacağı
tarix ilə bağlı açıqlama veriblər. Nazirliyin mətbuat xidmətindən
ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, yeni dərs
ilində dərslər sentyabr ayının 15-də başlayacaq.
Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, dərs ilinin vaxtının
uzadılması məsələsinə hazırda baxılır: "Nəticəsi barədə
ictimaiyyətə məlumat veriləcək",- deyə Nazirlikdən sorğumuza cavab
veriblər.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ