Qırmızı.az
Sabiq hərbi komissar: "Əlavə əmrə və qərara ehtiyac yoxdur" - AÇIQLAMA
Sabiq hərbi komissar, ehtiyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılması barədə imzaladığı əmrə münasibət bildirib.
Sözügedən əmrin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinə kölgə salan addım olmadığını vurğulayan Ə.Hüseynov deyib: “Müdafiə nazirinin bu əmri tövsiyə xarakterlidir. Çünki Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Müdafiə Nazirliyi ayrı-ayrı qurumlardır. İndi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Müdafiə Nazirliyinə tabe deyil. Onsuz da bu yoxlamaları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti özü də həyata keçirir. Xidmət həmin xəstələri 3 ildən bir yoxlama komissiyasından, möhlət verilənləri isə bir ildən bir keçirir. Bununla bağlı əlavə əmrə və qərara ehtiyac yoxdur. Bu “Hərbi həkim ekspertizası haqqında” qanunda da var. Həmin qanunda o da var ki, möhlət verilənlər 6-12 aydan bir, orduya yararsız olanlar 3 ildən bir yoxlamadan keçirilməlidir.
Bildiyim qədər yeni müdafiə nazirinin də bu cür əmri yoxdur. Hətta olsa belə bu ancaq tövsiyə ola bilər. İndi söhbət gedir ki, guya Müdafiə Nazirliyində yeni komissiya yaradılıb və orduya çağırılanları da həmin komissiyada yoxlayırlar və sairə. Bu komissiya əvvəllər də olub və xarici ölkələrdə də bu təcrübə var. Bu komissiya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətinə qarşı deyil. Bu cür təcrübə mənim də vaxtımda olub. Mənim vaxtımda da bu cür komissiya var idi, Müdafiə Nazirliyinin əmri ilə yaradılmışdı. Komissiya çağırış vaxtı orduya çağırılanların sağlamlığını yoxlayır. Burada qeyri-adi bir şey də yoxdur”.
Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılan gənclərin sağlamlıq vəziyyəti tibbi komissiyalar tərəfindən təkrarən yoxlanılacaq.
Vasif Həsənli
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?