Heydər Əlieyin doğum günü Təbrizdə də qeyd edilib
Bizi izləyin

Qırmızı.az

Heydər Əlieyin doğum günü Təbrizdə də qeyd edilib

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar rəsmi qəbul keçirilmişdir.

Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu Əli Əlizadə rəsmi qəbulda çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri, Azərbaycan həqiqətlərinin, təcavüzkar Ermənistan dövlətinin Azərbaycan torpaqlarını işğal etməsi faktlarının dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılmasına yönəlik gərgin diplomatik fəaliyyəti barədə məlumat vermiş və ulu öndər H.Əliyevin təməlini qoyduğu siyasət nəticəsində Azərbaycanın hal-hazırda da uğurla inkişaf etdiyini, dövlət müstəqilliyimizin əbədilik qazandığını, Azərbaycanın dünya dövlətləri içərisində söz sahibinə çevrildiyini diqqətə çatdırmışdır. Baş konsul ümummilli lider Heydər Əliyevin Azərbaycan-İran əlaqələrinə də böyük önəm verdiyini xatırladaraq, onun əsasını qoyduğu Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini və yeni müstəviyə qədəm qoyduğunu, ulu öndərin anadan olmasının 91-ci ildönümünün Azərbaycana dost və qonşu ölkə olan İran İslam Respublikasında, Təbriz şəhərində də qeyd olunmasının Azərbaycan-İran əlaqələrinin inkişafının bir göstəricisi olduğunu vurğulamışdır.

Çıxışdan sonra rəsmi qəbulun iştirakçıları Heydər Əliyevə aid fotosərgiyə, film və videoçarxlara baxmış, ulu öndərin həyat və fəaliyyətinə, Azərbaycan həqiqətlərinə, Azərbaycanın turizm və mədəniyyətinə dair sərgilənən kitablarla tanış olmuşlar. H.Əliyevin həyat və fəaliyyətinə dair fars dilinə tərcümə edilmiş əyani materiallar, eləcə də Azərbaycana, Azərbaycan həqiqətlərinə dair bir sıra kitab və jurnallar da tədbir iştirakçılarına paylanmışdır. Rəsmi qəbulda Azərbaycanın xalq mahnıları səsləndirilmiş, iştirakçılar zəngin mətbəximizin yeməkləri və şirniyyatlarına qonaq edilmişlər.

Rəsmi qəbulda İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası vətəndaşları və şəhər ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm