Leyla Əliyeva bayram şənliyində iştirak edib
Bizi izləyin

Qırmızı.az

Leyla Əliyeva bayram şənliyində iştirak edib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və dahi şəxsiyyətin adını daşıyan Fondun yaradılmasının 10 illiyi münasibətilə uşaq evləri və internat məktəblərinin sakinləri üçün bayram şənliyi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva şənlikdə iştirak edib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirdə uşaq evi və internat məktəblərinin 200-dən çox sakininə bayram süfrəsi açılıb.

Leyla Əliyeva uşaqlarla süfrə ətrafında söhbət edib. Şənlikdə iştirak edən uşaqlar onlar üçün təşkil edilən konsert proqramından və müxtəlif viktorinalardan zövq alıb, cizgi filmlərinin personajları ilə yaxından tanış olmaq imkanı qazanıblar. Uşaqlara hədiyyələr təqdim olunub.

Ümummilli Liderin adını daşıyan Fond müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılıb.

2004-cü ildə fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfələrini verir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm