Sabirabadda dördotaqlı ev yandı
Bizi izləyin

Qırmızı.az

Sabirabadda dördotaqlı ev yandı

Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 152 kv.m olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

Sabirabad rayonu, Cavad kəndində (rayon mərkəzindən 3 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 152 kv.m olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları yanıb.

Publika.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 21:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Sabirabad rayonu, Axısxa kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar kontruksiyaları yanıb. Evin qalan hissəsi və ona bitişik ev yanğından mühafizə olunub. Yanğın saat 02:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus "MASERATI" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 06:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm