Qırmızı.az
Prezident Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümüdür. Qədirbilən Azərbaycan xalqı, bütün dünyada Heydər Əliyevi tanıyanlar və sevənlər on birinci ildir bu dahi şəxsiyyətin doğum gününü onsuz qeyd edirlər.
Hər il Ümummilli Liderimizin ad günü ərəfəsində olduğu kimi, mayın
10-da da səhər tezdən respublika ictimaiyyətinin nümayəndələri,
ölkəmizin müxtəlif rayon və şəhərlərindən Bakıya gəlmiş insanlar,
Azərbaycan paytaxtının qonaqları axın-axın Fəxri xiyabana üz tutur,
ulu öndər Heydər Əliyevin məzarı önünə əklillər, təzə-tər güllər
qoyur, onun əziz xatirəsini dərin ehtiramla yad edir, ruhuna dua
oxuyurlar.
Xalqımızın xilaskar oğlunun doğum günündə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva,
ailə üzvləri, Ulu Öndərin doğmaları, yaxınları onun məzarını
ziyarət etmək üçün Fəxri xiyabana gəldilər.
Prezident İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin məzarı
önünə əklil qoydu, Ulu Öndərin ruhu qarşısında baş əydi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva və ailə üzvləri
Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoydular.
Sonra dövlətimizin başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün
yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın,
görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim
Tamerlan Əliyevin məzarlarını ziyarət etdilər və gül dəstələri
qoydular.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi
mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay
Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev,
nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları
iştirak edirdilər.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!