Qırğızıstanla mədəni əlaqələr genişlənir
Bizi izləyin

Qırmızı.az

Qırğızıstanla mədəni əlaqələr genişlənir

Qırğızıstanla Azərbaycan arasında mədəni əlaqələr genişlənir

Qırğızıstanın paytaxtı Bişkekdəki K.Bayalinov adına Uşaq və Gənclər Respublika Kitabxanasına Azərbaycana dair 2000-dən artıq kitab təqdim olunub. Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən hədiyyə edilən bu ədəbiyyat əsasən Azərbaycan tarixinə dair kitablar, Azərbaycan ədəbiyyatı klassiklərinin əsərləri, Azərbaycanın ümummilli lideri Heydər Əliyev, tanınmış qırğız yazıçısı Çingiz Aytmatov haqqında yazılmış kitablardı. Qırğız və rus dilində olan bu ədəbiyyatın respublikanın bütün regionlarındakı kitabxanalara paylanması nəzərdə tutulub.

Ədəbiyyatın kitabxanaya təqdimolunması mərasimində Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun rəhbəri, eləcə də Qırğızıstandakı Azərbaycan diasporunun fəallarından olan Nüsrət Məmmədov, həmçinin Azərbaycan icmasının üzvləri, yerli şair və yazıçılar, ictimaiyyətin təmsilçiləri iştirak edib.

Tədbirin məqsədi Azərbaycanla Qırğızıstan arasında mədəni əlaqələrin genişləndirilməsi çərçivəsində qırğız oxucuları azərbaycanlı müəlliflərin yeni əsərləri ilə tanış etməkdir.

K.Bayalinov adına Uşaq və Gənclər Respublika Kitabxanası və Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondu tərəfindən təşkil olunan tədbir çərçivəsində kitab sərgisi də keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm