Milli Qvardiya Mariupoldan geri çəkildi
Bizi izləyin

Qırmızı.az

Milli Qvardiya Mariupoldan geri çəkildi

Milli Qvardiya Mariupoldan geri çəkildi

Ukrayna Milli Qvardiyası öz bölmələrini Donetsk vilayətinin Mariupol şəhərindən geri çəkib.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Milli Qvardiyanın xəbərində deyilir.

Xəbərdə həmçinin deyilir ki, şəhərdə dünən baş verən toqquşmalar nəticəsində Milli Qvardiyanın bir hərbçi həlak olub, dördü isə yaralanıb. Şəhərin tibb xidməti isə dünənki toqquşmaların nəticəsi olaraq hər iki tərəfdən 7 nəfərin həlak olduğunu, 39-nun xəstəxanaya yerləşdirildiyini bildirib.

Dünən Mariupol şəhərinin milis bölməsi uğrunda döyüşlər gedib. Şahidlərin sözlərinəə görə, Milli Qvardiyanın döyüşçüləri miliş şöbəsini qumbaraatanlardan atəşə tutub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm