Qadını səhvən fahişə bilib həbs etdilər
Bizi izləyin

Qırmızı.az

Qadını səhvən fahişə bilib həbs etdilər

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə çinli qadın kişi yoldaşını qucaqladığına görə, fahişə bilinərək saxlanılıb.

“Emirates Palace Hotel”-də işləyən qadın, yaxınlıqdakı parkda digər bir çinli qadın və üç nepallı kişi ilə ad günü qeyd edirmiş. Kişilərdən biri qadına ad gün hədiyyəsini verib və qadın minnətdarlıq naminə yoldaşını qucaqlayıb. Lakin bunu görən polisə qadınların fahişə olduğunu güman edərək həbs edib.

Qadın məhkəməyə çıxarılıb və öz ölkəsinə deportasiya olunması təhlükəsi ilə üz-üzə qalıb. Məhkəmədə qadının vəkili hədiyyə alan qızın yoldaşının qucaqlaması hadisəsinin şişirdildiyini bildirib. Vəkil qeyd edib ki, qadın təmiz, tərbiyəli, hətta bakirədir.

Məhkəmə işi təxirə salınıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm