• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək"

"Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov paytaxtın mərkəzindəki nəzərdə tutulmayan yerlədə qanunsuz saxlanılan bahalı avtomobillərin polislər tərəfindən götürülməməsi məsələsinə münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Bakı meri H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib ki, bu barədə yayılan məlumatlar doğru deyil: "İcra Hakimiyyətinin işçiləri, polislər qanundan kənar heç nə etmir. Kimliyindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınlar şəhərin mərkəzində nəzərdə tutulmayan yerlərdə saxlanırsa, dərhal oradan götürülür.

Bununla bağlı birinci gün xüsusi sərəncamım da olacaq. Hamı bilsin ki, Bakının mərkəzi küçələrində qanunsuz olaraq avtomobillərin saxlanılmasına icazə verilməyəcək. “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək.

“Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq. Artıq Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat” gətirilib.

Terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq. İlin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq". H.Abutalıbov Bakıda velosiped yolunun çəkilməsi məsələsinə də toxunub: "Əlbəttə ki, geniş küçələr salınandan sonra velosiped yolları da olacaq".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR