Azərbaycanla sərhəddə erməni əsgəri öldürüldü
Bizi izləyin

Qırmızı.az

Azərbaycanla sərhəddə erməni əsgəri öldürüldü

Bu gün səhər saatlarında Ermənistan ordusunun sıravi əsgəri Azərbaycanla sərhəddəki mövqelərin birində öldürülüb.

Bu gün səhər saatlarında Ermənistan ordusunun sıravi əsgəri Azərbaycanla sərhəddəki mövqelərin birində öldürülüb.

Ermənistan mediası xəbər verir ki, hadisə saat 08:30-da Ermənistanın şimal-şərqində,Tavuş rayonunda dislokasiya olunmuş hərbi hissələrdən birində baş verib.

Əsgər Narses Karapetyanın döyüş mövqeyində başından güllə yarası aldığı, İcevan şəhər xəstəxanasına aparılarkən yolda öldüyü bildirilir.

Ermənistan Müdafiə Nazirliyi məlumatı təsdiqləyib. Lakin əsgərin hansı tərəfdən açılan atəşlə vurulduğu göstərilmir və Nersesyanın yaşı açıqlanmır. Müdafiə Nazirliyi insidentlə bağlı faktların toplandığını və təhqiqat başlanıldığını bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm