• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

"Avtoşlar" Bakıda qəza törətdi: İki ölü, üç yaralı var - VİDEO

"Avtoşlar" Bakıda qəza törətdi: İki ölü, üç yaralı var - VİDEO

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində 2 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tural Rəhimovun idarə etdiyi VAZ-2107 markalı avtomobil Hava limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt Jiquli qarşıdan gələn və 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar. Jiquli dünyasını dəyişən şəxslərin meyidini çıxarmaq üçün əraziyə FHN-nin xilasediciləri cəlb olunub.

VAZ-2107-nin sürücüsünün yaxınlarının sözlərinə görə, Tural Rəhimov yol polisi əməkdaşlarının təqibindən qaçmağa çalışırmış. Metronun “Koroğlu” stansiyasının qarşısında Yol Patrul Xidmətinə məxsus avtomobil Heydər Əliyev prospektini bağlayaraq, Rəhimovun avtomobilinin qarşısını kəsib. Tural Rəhimov isə geriyə dönüş edərək, əks istiqamətdə hərəkət edib və nəticədə toqquşma qaçılmaz olub.

Yol qəzasının təfərrüatlarını Nizami Rayon Polis İdarəsinin istintaqçıları araşdırır. İdarənin müstəntiqi Nicat Naibov öz açıqlamasında qeyd edib ki, VAZ-2107 markalı avtomaşının YPX əməkdaşları tərəfindən təqib edilməsi ilə bağlı iddiaların araşdırıldığını bildirdi.

Hadisə nəticəsində ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR