• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qayıqda köməksiz qalanlar xilas edilib

Qayıqda köməksiz qalanlar xilas edilib

Qayıqla gəzintiyə çıxmış şəxslər köməksiz vəziyyətdə qalıblar.

Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda rezin qayıqla dənizə gəzintiyə çıxmış 2 nəfər (xilasetmə məntəqəsindən 700 m məsafədə, 1800 m dənizin içərisinə doğru) köməksiz vəziyyətdə qalıb.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti hadisə yerinə cəlb olunub. Həmin şəxslər xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil veriliblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR