Qanunsuz tütün məmulatları və spirtli içkilər aşkarlandı
Bizi izləyin

Qırmızı.az

Qanunsuz tütün məmulatları və spirtli içkilər aşkarlandı

Bakıda qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş tütün məmulatları və spirtli içkilər aşkar edilib.

Bakıda qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş tütün məmulatları və spirtli içkilər aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, Komitənin Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan vətəndaşı Mahmudov Xəyyam Məhəmməd oğlunun Bakı şəhəri, Nəsimi rayonu ərazisində icarəyə götürdüyü topdansatış mağazasında yoxlama aparılıb.

Yoxlama zamanı həmin mağazada ticarət fəaliyyəti ilə məşğul olan Ağayev Hamlet Həmidulla oğluna məxsus külli miqdarda aksiz markası, müxtəlif adda və həcmdə araqlar, həmçinin siqaretlər aşkar edilərək protokol əsasında götürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm