Binəqədidə güclü partlayış baş verib: Yaralılar var
Bizi izləyin

Qırmızı.az

Binəqədidə güclü partlayış baş verib: Yaralılar var

Binəqədi rayonunda partlayış baş verib.

Binəqədi rayonunda partlayış baş verib.

Hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörək bişirmə sexində qeydə alınıb. Davamlı təkrarlanan partlayışın əsas səbəbi qaz sızması olub. Yanan ərazinin ümumi sahəsi 150 kv metr olub.

Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Xəsarət alanlardan 3-ü kişi, biri isə qadındır.

Hadisə yerinə Binəqədi və Nərimanov Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafisə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm