
Bu gün Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d Azerbaidjan-2014” beynəlxalq velosiped turunun yekununu Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyeva da izləyib.
Yürüşün sonuncu, 5-ci mərhələsi Bakıda keçirilib.
Qeyd edək ki, velosipedçilər 202 km uzunluğu olan mərhələyə saat
9:00-da Azadlıq meydanından start veriblər. Onlar Bakının mərkəzi
küçələri və prospektlərindən keçərək Abşerona, oradan Nardarana
yürüş ediblər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət Evinin
qarşısına qayıdan idmançılar burada finiş xəttini keçiblər.
Mərhələnin qalibi adına Fransanın “Team La Pomme Marseille 13”
komandasının üzvü Jüstin Jül layiq görülüb – 4 saat, 41 dəqiqə, 7
saniyə. Finiş xəttini onun ardınca veloyürüşün 3-cü mərhələsınin
qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçib. İlk “üçlüyü” isə
Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlayıb.
Yarışın yekun sıralanmasına əsasən Rusiyanın “RusVelo” komandasının
üzvü İlnur Zakarin 5 günün yekununa əsasən qalibə verilən göy
köynəyə sahib çıxıb. “Synergy Baku” komandasının velosipedçisi,
Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılov isə ən
yaxşı Azərbaycanlı velosipedçi kimi təltif edilib.
Göy köynək (ümumi sıralanma) – İlnur Zakarin (“RusVelo”,
Rusiya)
Qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) – Linus Gerdemann (“MTN
Qhubeka”, CAR)
Yaşıl köynək (ən yaxşı sprinter) – Vitali Buts (“Kolss”,
Ukrayna)
Ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) – Pobert Pauer
(Avstraliya milli komandası)
Göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı
velosipedçi) – Samir Cəbrayılov (“Synergy Baku”, Azərbaycan).