Bakıda "Kamaz", Şəmkirdə isə yaşayış evi yanıb
Bizi izləyin

Qırmızı.az

Bakıda "Kamaz", Şəmkirdə isə yaşayış evi yanıb

Bu gecə Şəmkir rayonu, Qaracaəmirli kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan (hər mərtəbəsi 120 kv.m) ikimərtəbəli evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, ev əşyaları və dam örtüyü 80 kv.m sahədə yanıb.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

Yanğın saat 22:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bakı şəhəri, Yasamal rayonunda isə "Kasco-RCP" şirkətinə məxsus "Kamaz" markalı avtomobilin banında 3 kv.m sahədə məişət tullantıları yanıb. Avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 00:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm