Azərbaycanlı İslam alimi vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı İslam alimi vəfat etdi

Azərbaycanlı İslam alimi vəfat etdi

Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub.


Qeyd edək ki, dünən axşam mərhumun cənazəsi doğulub boya-başa çatdığı Türkoba kəndinə aparılıb.


Xatırladaq ki, Hacı Mirəziz Seyidzadə bu gün saat 11:00-da həmin kənddə dəfn olunacaq.


Allah rəhmət eləsin!


Seyidzadə Mirəziz Mirəsgər oğlu 1949-cu il fevral ayının 14-də Masallı rayonu Türkoba kəndində anadan olub. Təhsili: 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1968-1974-cü illərdə Buxara Mir-Ərəb Mədrəsəsində təhsil alıb. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb.


1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki iki illik xarici dillər kursunun "Ərəb dili" şübəsini əla qiymətlə başa vurub. 1992-1997-ci illərdə Bakı İslam Universitetini bitirib. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub.

2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "İlahiyyat üzrə fəlsəfə doktoru" alimlik dərəcəsi alıb. Əmək fəaliyyəti: 1978-1982-ci illərdə Astara şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb.

1984-1988-ci illərdə Masallı şəhər "Cümə" məscidində axund vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Bakı İslam Universitetinin Baş müəllimi olub.


1994-2011-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin müdiri və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin rektoru vəzifələrini icra edib. 2002-ci ildə aylıq "Kəlam" elmi-ədəbi, publisistik jurnalını təsis edib. 2011-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri işləyib. (azadinform.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm