Cəbhə xəttində gərginlik var
Bizi izləyin

Qırmızı.az

Cəbhə xəttində gərginlik var

Cəbhə xəttində gərginlik var

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar. Bu barədə publika.az Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.


Eyni zamanda, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.


Düşmən cavab atəşi ilə susdurulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm