Orta ixtisas təhsili müəssisələrinə imtahanlar başlayır
Bizi izləyin

Qırmızı.az

Orta ixtisas təhsili müəssisələrinə imtahanlar başlayır

Orta ixtisas təhsili müəssisələrinə imtahanlar başlayır

Mayın 18-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Tələbə Qəbulu üzrə DÖvlət Komissiyasından publika.az-a verilən xəbərə görə, artıq I və IV ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlər "İmtahana buraxılış vərəqi"nin verilməsinə başlanıb. Belə ki, mayın 18-də I və IV ixtisas qrupları üzrə imtahan verəcək abituriyentlərhttp://eservices.tqdk.gov.az/ brxvbak/ keçidinə daxil olaraq "İmtahana buraxılış vərəqi"ni çap edə bilərlər.

Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. Abituriyentlər imtahana özləri ilə 2 sənəd-şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm