Qırmızı.az
“Mənim üçün ağır zərbə idi...”- Gülər Əhmədova+Video
ANS-in vitse-prezidenti Mirşahin Ağayev sabiq millət vəkili
Gülər Əhmədovadan müsahibə götürüb.
Həmin müsahibəni təqdim edirik:
- Gülər xanım, dostlar, tanışlar bu sınaqdan necə çıxdı?
Yaxınlar bu sınaqdan necə çıxdı?
- Belə gündə əlbəttə ki, saf-çürük olur, amma mən dostlarımdan
razıyam. Demək olar ki, hamıdan razıyam. Mən cinsiyyətindən asılı
olmayaraq kişi bildiyim adamlar kişi çıxdılar.
- Hər-halda bir il 3 ay. Az bir müddət deyil. Kim üçün daha
çox darıxırdınız və kimin sizin üçün çox darıxdığını hiss
elədiniz?
- Əlbəttə ki, ailəm. Çox xoşbəxtəm ki, belə bir ailəm var. Bəlkə
dünyadan qazandığım ən böyük şey budur. Ən böyük nigarançılığım
anam idi. Məni üzən məhz bu idi ki, birdən anamı görmərəm,
halallaşa bilmərəm, nə isə baş verər. Anam kifayət qədər xəstə bir
insandır. Amma Allaha çox şükür. Hər gün gözləyirdim bu günü. Elə
bir gün yoxdur ki, mən bu günü gözləməyim. Yəni hər gün inanırdım
ki, belə bir şey baş verməlidir.
- Qaldığınız yerdə nə ilə məşğul olurdunuz və günü neçə
keçirirdiniz? Neçə başlayırdı vaxt və necə bitirdi?
- Bilirsiniz, mən bu şeyləri deməyi xoşlamıram. Əlbəttə ki, bir
daxili aləm var. Yaradanla bir münasibətləri var. O münasibətlər
üçün kifayət qədər vaxt ayrılmışdı.
- Biz səni “Dəmir” qadın kimi tanıyırdıq. Elə millət
vəkilləri arasında da, dostlar arasında da. Gülər xanımı ağlayan
yerdə təsəvvür eləməmişdim və görməmişəm. Ya siz bunu məharətlə
gizlətmisiniz, ya da ümumiyyətlə ağlamırsınız?
- Yox orada da ağlamırdım. Hətta, orda olan xanımlar vardı. Mənə
deyirdilər ki, ağla, ağlamaq yaxşı şeydir. Onlara deyirdim ki,
ağlaya bilmirəm, nətəhər ağlayım. Amma sonra onlar bir dəfə mənə
dedilər ki, yuxuda ağlayırsan.
- Həmişə görmüşük ki, qadının əli hər yerdən üzüləndə
ağlayır?
- Mənim əllərim üzülməmişdi. Ümumiyyətlə, həmişə orda olan
qadınlara da deyirdim. Mənim ora gəlməyim kifayət qədər qadınlara
dəstək oldu. Onlar, hətta belə bir zərb məsəlinə çevirmişdilər.
Deyirdilər ki, əşi bizim nə dərdimiz var. 3 dəfə millət vəkili
seçilmiş adam yatırsa, bizə nə gəlib, biz də rahat oturmalıyıq. O,
vaxtdan mən əlimi üzməmişdim. Mən həmişə o xanımlara deyirdim ki,
ümidsiz şeytandır.
- Bilmirəm, bəlkə də bu, hər yerdə belə deyil. Amma mənim
anlayışımda "qadın azad oldu" ifadəsinin bir mənası var. Qadın
dünyaya uşağ gətirəndə deyirlər "azad oldu". Sizin situasiyada
"qadın azad oldu" , Gülər Əhmədova azad oldu. Bu, həm də azadlıqla
bağlıdır. Eyni zamanda analıqla da bağlıdır. Çünki, sizin azad
olmağınıza hamıdan çox sevinən birinci Tamerlan idi. Sizin oğlunuz.
Neçə qarşıladı və siz onunla görüşəndə neçə apardınız özünüzü,
çünki biz o kadrları görməmişik?
- Məni ayaqda saxlayan şeylərin biri də bu idi ki, Tamerlan uşaq
olsa da, ona ikiqat zərbə dəymişdi. Belə ki, məhz Tamerlanın ad
günündə mən həbs olunmuşdum. Yəni, bu Tamerlan üçün də, mənim üçün
də ağır zərbə idi. Tamerlan məni yanıma gəlirdi və həmişə deyirdi
ki, ad günümü gəl dəyişək, sən buradan çıxasan. O, elə hesab edirdi
ki, ad gününün vaxtını dəyişəndə mən tez çıxacam.
- Çox orijinal yanaşmadır. Ona görə də Tamerlanı bura
çağırmaq istəyirəm. Tamerlan, bundan sonra sən nə etməlisən ki,
anan bir daha heç yerə getməsin.
- Bu barədə fikirləşməmişəm.
- Hər halda ananın yanında olmaq lazımdır.
Gülər xanım deyir ki, gedir-gəlir qısılır, gedir-gəlir qısılır.
Özümə də birtəhər gəlir. Bu, belə uşaq deyildi. Balaca vaxtında
həmişə tez-tez ezamiyyətlərə gedib-gəlmişəm. Bu hadisədən sonra çox
qəribə olub, duyğusal olub.
- Amma Tamerlan yəqin bilir ki, sizin azad olmağınızda onun
böyük rolu var. Məhz himayənizdə azyaşlı uşağın olması. Belə ki,
Gülər xanım azadlığına görə Tamerlana borcludur, necə ki, Tamerlan
da dünyaya gəlməsində sizə borcludur.
- Hamımız Allaha borcluyuq.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı