DSMF sədri 11 rayonun sakinlərini qəbul edəcək
Bizi izləyin

Qırmızı.az

DSMF sədri 11 rayonun sakinlərini qəbul edəcək

DSMF sədri 11 rayonun sakinlərini qəbul edəcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev mayın 21-də vətəndaşları qəbul edəcək.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan publika.az-a verilən xəbərə görə, Fondun Zərdab rayon şöbəsinin inzibati binasında Zərdab, Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Xocavənd, Xocalı, Laçın, İmişli və Füzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34; Zərdab rayon şöbəsində (0202) 96-52-32 Ağcabədi rayon şöbəsində (0212) 75-18-10 Bərdə rayon şöbəsində (02020) 5-09-74 Tərtər rayon şöbəsində (02632) 5-02-28 Ağdam rayon şöbəsində (02227) 5-15-13 Beyləqan rayon şöbəsində (02122) 5-13-31 Xocavənd rayon şöbəsində (02122) 3-52-17 Xocalı rayon şöbəsində (02224) 7-44-14 Laçın rayon şöbəsində (02127) 7-84-29 İmişli rayon şöbəsində (02124) 6-40-42 Füzuli rayon şöbəsində (02631) 5-55-23.

Qəbulda iştirak edəcək vətəndaşların mayın 21-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Zərdab rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm