Evində hərəmxana yaradıb 7 uşaq atası oldu -fotolar
Bizi izləyin

Qırmızı.az

Evində hərəmxana yaradıb 7 uşaq atası oldu -fotolar

Britaniyadan olan milyarder İspaniyada yerləşən Costa del Sol əyalətində, modelliyə başlayan qadınları zorla evində girov saxlayıb. Nəticədə 7 uşağa sahib olan milyarder İspan polisi tərəfindən saxlanılıb.

65 yaşlı Şoxa Şoxayi Londonda tanış olduğu qadınları neft maqnatı və Barak Obama və Vladimir Putinlə dost olduğuna inandırıb.

Model olmağa hazırlaşan qadınların başını tovlayan Şoxa, onları İspaniyada ərəb üslubunda tikilmiş villasında əsir edib. Evdə saxlanılan 9 qadın Şoxa tərəfindən onlara qarşı fiziki təcavüzə məruz qaldığını iddia edib.

İran əsilli, lakin Böyük Britaniya vətəndaşı Şoxa əsasən Qazaxıstan, Monqolustan, Almaniya, Rusiyadan olan qızları 10 otaqlı hərəmxanada saxlayıb. Qadınların artıq 7-9 aylıq körpələri var.

Polis tərəfindən saxlanılan Şoxa, qadınların onunla öz istəkləri ilə cinsi münasibətdə olduğunu iddia edir. İstintaq davam etdirilir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm