• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Bəzi tarixi abidələr özəlləşdiriləcək

Bəzi tarixi abidələr özəlləşdiriləcək

Azərbaycanda bəzi tarixi abidələrin özəlləşdirilməsi nəzərdə tutulur. Trend xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev jurnalistlərə açıqlamasında deyib.

V.Əliyevin sözlərinə görə, bəzi yerli əhəmiyyətli abidələrin, məsələn, evlərin, ofislərin özəlləşdirilməsi nəzərdə tutulur: "Ancaq bu zaman onlarla Mədəniyyət və Turizm Nazirliyi arasında müqavilə bağlanması əsas şərt olacaq. Həmin abidələr o şərtlə özəlləşdiriləcək ki, onların qorunması təmin edilsin, gələcəkdə tarixi əhəmiyyəti itməsin. İnanıram ki, bu proseslər həyata keçiriləcək və qısa zamanda bu sahədə də dönüş olacaq".

Nazir müavini deyib ki, hazırda Azərbaycada 7 mindən çox abidə dövlət tərəfindən qeydə alınaraq mühafizə edilir. Təxminən 2 min abidə yeni aşkarlanıb. Ancaq bütün abidələrin qorunub saxlanmasını təmin etmək müəyyən problem yaradır: "Bu baxımdan onların bəziləri baxımsız qalır. Amma ölkə Prezidentinin imzaladığı "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nda həmin adidələrin də qorunub saxlanması nəzərdə tutulur".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR