• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İmranın müalicəsində fasilə verilib

İmranın müalicəsində fasilə verilib

“Hazırda İmranın müalicəsində fasilə vermişik. Güman ki, mayın 20-dən sonra yenidən başlayacağıq”. Bu sözləri Publika.az-a İmran Cəfərzadənin anası Nuridə Cəfərova deyib.

O, bu fasilənin İmranın səhhətində problem yaratmayacağını bildirdi:

“Müalicədə fasilə verilməsinə səbəb İmranın yorulmasıdır. O, həm psixoloji cəhətdən, həm də artıq neçə aydır davam edən reabilitasiya nəticəsində fiziki baxımdan da yorulub. İmran nə masaja, nə də fizioterapiyaya razı olurdu. Ona görə fasilə etdik, bir az özünə gəlsin, sonra yenidən davam edəcəyik”.

N.Cəfərova indi İmranın özünü normal hiss etdiyini deyib:

“İndi özünün psixoloji vəziyyəti normaldır, bəzən protezi geyinmək istəmir, protezin altında problemlər olur. Amma ümumi vəziyyəti yaxşıdır”.

O, “Nabran Holiday Village” istirahət mərkəzinə qarşı qaldırılmış məhkəmə məsələsinin isə hələ davam etdiyini, bu ay işə yenidən baxılacağını deyib.

Xatırladaq ki, İ.Cəfərzadə bu il iyulun 21-də Xaçmaz rayonunda fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində hər iki ayağından ağır xəsarət alıb. İmran Cəfərzadənin Almaniyadakı müalicəsi Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında, Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə həyata keçirilib. Azərbaycana qayıtdıqdan sonra Uşaq Reabilitasiya Mərkəzində müalicə alır.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR