Qırmızı.az
ƏƏSMN-in sifarişi ilə yeni sosial obyektlər inşa olunur
Azərbaycanda sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqlar sosial sığınacaqla təmin ediləcək.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində inşa olunan Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzinin və Yetkinlik yaşına çatmayanlar üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın tikinti işlərinin cari ilin ikinci yarısında başa çatdırılması nəzərə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Gözdən Əlillər üçün Tədris-Bərpa Mərkəzi gözdən əlillərin gündəlik həyatda zəruri vərdişlərə, peşə-əmək qabiliyyətlərinə yiyələnmələri, onların sosial reabilitasiyasının daha dolğun şəkildə aparılması məqsədinə xidmət edir. İxtisaslaşmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq isə çətin həyat şəraitinə düşmüş, sosial cəhətdən təhlükəli vəziyyətdə olan uşaqları müvəqqəti yaşayış yeri, sosial, psixoloji və digər xidmətlərlə, hüquqi yardımla təmin edəcək.
Qeyd edək ki, sosial müdafiə əhəmiyyətli digər yeni sosial layihə kimi, hazırda Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi də inşa olunur. Mərkəzdə qeyd olunan şəxslərin peşə hazırlığı və işlə, tibbi və sosial yardımla təmin edilməsi, sosial adaptasiya olunmaları məqsədilə dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə birgə müvafiq işlər aparılacaq.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO