Şabranda ağır yol qəzası: 1 nəfər öldü, 5 nəfər yaralandı
Bizi izləyin

Qırmızı.az

Şabranda ağır yol qəzası: 1 nəfər öldü, 5 nəfər yaralandı

Şabranda ağır yol qəzası: 1 nəfər öldü, 5 nəfər yaralandı

Şabran rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, mayın 11-də saat 01 radələrində Şabran rayonunun Gəndob kəndinin ərazisində Bakı şəhər sakinləri Nəriman Hüseynovun idarə etdiyi "Mercedes" və Taib Hacımuradovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.

Nəticədə N.Hüseynov hadisə yerində ölüb, onun sərnişini - Cənub kənd sakini Səməd Cəfərov, habelə T.Hacımuradov və onun sərnişinləri - Quba rayon sakinləri Zülfiyyə Həsənova, Cəmil Həcənov və onun qardaşı Emil xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar BDYPİ tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm