Qırmızı.az
13 yaşlı qızı zorlanan qadının intiqamı amansız oldu
İspaniyada böyük rezonans doğuran məhkəmə prosesi başa çatıb. Alikante(Valensiya) vilayətində namus üstündə qətl törədən qadına hökm oxunub.
Teleqraf.com-un xəbərinə görə, qadın qızını zorlayan kişidən intiqam alıb.
Məhkəmənin hökmü ilə Mariya del Karmen Qarsiya 5,5 il müddətinə azadlıqdan məhrum edilib.
Əvvəlcə ona 9,5 il həbs cəzası verilib. Lakin sonradan, qadının qətli törədərkən affekt vəziyyətində olduğu məhkəmə tərəfindən nəzərə alınıb.
İstintaq materialına görə, öldürülən Antonio Kosme Mariyanın 13 yaşlı qızı Veronikanı zorlayıb. O, həbs edilsə də, 2005-ci ildə vaxtından əvvəl həbsdən azad edilib.
Benexuzar şəhərinə qayıdan Antonio iyunun 13-də küçədə Mariya ilə qarşılaşıb. "Sənin qızın necədir?", - təcüvazkar Kosme Mariyadan soruşub. Belə aşağılayıcı suala dözməyən ana elə həmin gün benzin alaraq, Kosmenin olduğu bara gedib. Orada Mariya onun üzərinə benzin tökərək yandırıb.
Kosme hospitala aparılsa da, bir neçə gündən sonra ölüb.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO