Səhiyyə Nazirliyindən ana ölümünə rəsmi cavab
Bizi izləyin

Qırmızı.az

Səhiyyə Nazirliyindən ana ölümünə rəsmi cavab

Səhiyyə Nazirliyindən ana ölümünə rəsmi cavab

Mayın 11-də Astara rayon Mərkəzi Xəstəxanada şəhər sakini Nərmin Əsgərova doğuş keçirdikdən sonra dünyasını dəyişib. Hazırda qadının ölüm səbəbləri araşdırılır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, Nərmin Əsgərova mayın 5-də Astara Rayon mərkəzi xəstəxanasına 37-38 həftəlik hamiləlik, ağır dərəcəli preklampsiya ilə daxil olub.

“27 yaşlı N.Əsgərovada üçüncü dərəcəli piylənmə olub. O, tibbi göstəriş əsasında müraciət etdiyi gün qeysəriyyə əməliyyatına götürülüb, 3 kiloqramlıq uşaq dünyaya gətirib. Ana 3 gün yaşayıb, vəziyyəti orta ağır olub. Dördüncü gün isə vəziyəti qəfildən ağırlaşıb. Gecə 22:15-də dünyasını dəyişib”.

Mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, N.Əsgərovanın yaxınları tibbi ekspertizadan imtina ediblər. Lakin onun tibbi sənədləri Doğuşa Yardım Komisiyasına təqdim edilib və hadisənin səbəbləri araşdırılacaq.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm