Canavar 4 yaşlı uşağı parçaladı
Bizi izləyin

Qırmızı.az

Canavar 4 yaşlı uşağı parçaladı

İranın Zəncan əyalətinin Bizine Rud kəndində canavar kəndə hücum edib və dörd yaşlı uşağı parçalayıb. Trend-in məlumatına görə, bu barədə İranın asriran xəbər saytı bu gün məlumat verib.

Məlumata əsasən, canavar uşağı ətraf bağların birinə aparıb və orada parçalayıb. Valideynləri 3 saatlıq axtarışdan sonra uşağın cəsədini tapa biliblər.

İranın asriran saytının məlumatına görə, canavarlar ac olduğu üçün Bizinə Rud kəndə dəfələrlə hücum ediblər və son bir neçə ay ərzində həmin bölgədə daha 5 uşağın ölümünə səbəb olublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm