Bu şəhərdə heykəllər də fikir içində - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Bu şəhərdə heykəllər də fikir içində - ARAŞDIRMA

Bu şəhərdə heykəllərin hamısı fikir içində

Bu şəhərdə heykəllərin

hamısı fikir içində.

Büstlərin yarısı yoxdu,
yarısı fikir içində.

Ramiz Rövşənin “Fikir içində” şeiri düşünürəm ki, bu xalqın ədəbiyyyatında, tarixində və digər sahələrdə əvəzsiz rolu olan insanların şərəfinə ucaldılan heykəllərin bugünü üçün yazılıb.

Dövrünün dühaları olan insanların xatirəsinə ucaldılan abidələri toz- torpaq, quş peyini içində görəndə məndə fikir içində bir sual yarandı. Bu heykllərə kim diqqət ayırmalıdır? Kim bu heykəllərin təmizliyinə baxmalıdır? Niyə, bunlar yuyulmur?

Elə bu suallar beynimdə şəhəri dolaşıram.

Şəhərin mərkəzində, Akademik Milli Dram Tetarının qarşısında ucaldılan dahi Füzulinin əli çənəsində, başıaşağı fikirə qərq olmasını elə-belə, təsadüfü bir duruş hesab etmək olmaz. Dahi Füzuli toz- torpağın içində və quş peyni ilə üst-başının batmasını və bunun heç kimin diqqətində olmamasını görüb fikrli olmasın neyləsin?

Toz- torpaq azmış kimi, adı da kril əlifbası ilə yazılıb. Aidiyyatı qrumların nəzərinə çatdıraq ki, 20 ildən çoxdur ki, SSSR-nin təkibində ayrılmışıq. Dilimiz, dinimiz, mədəniyyətimiz və digər özümüzəməxsus dəyərlərimiz var. Yoldaşlar, bir balaca özünüzə əziyyətə verin, işinizi görün. Ən azından şəhərə gələn əcnəbi ziyarətçilərin xatirinə. Qoy, bu dahilərin üst- başını təmiz görüb Füzulini Nizamidən, Nizamini Nəsimidən seçə bilsinlər.

Metronun "28 May" stansiyasının qarşısında Cəfər Cabbarlının da heykəli bərbaddı. Heykəli toz və quş peyni basdığından bu heykəlin əvəzəolunmaz bir insanın şərəfinə ucaldıldığına adam inanmaq istəmir. Çünki dövrünün dahisi olan şəxslərə belə diqqət göstərilməməlidir. Nəriman Nərimanov, Nizami, Mirzə Fətəli Axundov və Sabirin heykəllərinə də eyni “diqqət” göstərilir.

Sualıma cavab tapmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin əməkdaşı Nuranə Mərdanova ilə əlaqə saxladıq. Nuranə xanım deyir ki, paytaxtdakı heykəllərin hamısı bizim balansımızda deyil. Bu işlərə Mədəniyyət və Turizm Nazirliyinin daxilində yaradılan Mədəniyyət və tarixi abidələr qrumu baxmaldır. Mədəniyyət və Turizm Nazirliyinin balansında Abidələrin Qorunması və Bərpası Baş İdarəsi var.

Mədəniyyət və Turizm Nazirliyin mətbuat xidmətidən Publik.az –a verilən məlumata görə heykəllərin təmizlənməsinə Mədəniyyət və Turizm Nazirliyi baxmır. Nazirlik heykəllərin qorunub saxlanılmasına cavabdehdir. Bu heykəllərin təmiz saxlanılması işinə Bakı Şəhər İcra Hakimiyyəti baxır. Göründüyü kimi hər iki cavab bu problemin həllinə kömək olmayacaq.

Aidiyyatı qrumlardan istədiyimiz cavabı ala bilmədiyimiz üçün Azərbaycanın İşğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinin müdafiə təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun fikrini öyrəndik.

“Bu işə Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində açılmış ştatlarda olan şəxslər məsuldular. Bundan əlavə, onlar heykəllərə baxmaldırlar, onları qorumalı, təmizliyinə nəzarət etməlidirlər”.

İsmayılov deyir ki, ola bilsin ki, onlar vəzifələrini bilmirlər və ya vəzifələrinin öhdəsindən gələ bilmirlər, ya da işlərini dərk etmirlər.

Nəhayət ki, heykəllərin təmizlənməsi, mühafizəsi işinin hansı qrumun işi olduğunu öyrəndik. O qrumlara isə işlərini icra eləmək qalır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm