ATV-nin eks prezidenti Türkiyədə yeni biznesə başladı - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

ATV-nin eks prezidenti Türkiyədə yeni biznesə başladı - ÖZƏL

ATV-nin eks prezidenti Türkiyədə yeni biznesə başladı - ÖZƏL

Azad Azərbaycan Teleradio Yayım Şirkətinin (ATV) keçmiş prezidenti, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Tağı İbrahimov televiziya sahəsindən tamam ayrılıb.

Bu barədə Publika.az-a açıqlamasında T.İbrahimovun qardaşı, “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim İbrahimov (İbrahim Nehrəmli) məlumat verib.

Onun sözlərinə görə, hazırda Tağı İbrahimov Türkiyədə və Azərbaycanda restoran biznesi ilə məşğul olur.

Hacı İbrahim deyib: “Artıq Tağı müəllim Türkiyədə öz biznesini qurub və işləyir. Onun burada da yaxşı biznesi var. Yaxın vaxtlarda isə yəqin ki, 1-2 yeni layihəsi də həyata keçiriləcək. Tağı ağıllı və işini sakitcə görən adamdır. O, Türkiyədə restoran tikdirib, o bzneslə məşğul olur”.

Hacı İbrahim bildirib ki, Tağı İbrahimov televiziyadan çoxdan ayrılıb: “Bir müddət çətin olsa da, ancaq insan hər şeyə alışır. Tağı və mən siyasi məsələlərdən uzağıq, bizim ambisiyalarımz yoxdur. Biz ancaq dövlətimizin yürütdüyü düzgün və uğurlu siyasəti dəstəkləyirik və Cənab Prezidentin arxasınca gedirik. Bu gün Cənab Prezident o qədər düzgün və uğurlu siyasət aparır ki, bütün dünya baxıb şoka düşür. Biz də bununa qürur duyuruq. Tam əminəm ki, qarşıdan gələn 10 il ərzində cənab Prezident Azərbaycanı daha da inkişaf etdirəcək. Biz bu yolda Cənab Prezidentə uğurlar arzu edirik”.

Xatırladaq ki, Tağı İbrahimov 1998-2012-ci illərdə ATV-yə rəhbərlik edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm