Bakıda Olland tıxacı - Fotolar
Bizi izləyin

Qırmızı.az

Bakıda Olland tıxacı - Fotolar

Dünən olduğu kimi, bu gündə paytaxt Bakıda uzun kilometrlik tıxaclar yaranıb.

Bu haqda musavat.com məlumat yayıb. Qəzetin əməkdaşının verdiyi xəbərə görə, "Koroğlu" metrostansiyasından şəhərin mərkəzinə doğru bir neçə kilometrlik tıxac var. Tərpənməz şəkildə dayanan maşınların bir ucunun artıq "Nərimanov" metrosatnsiyasının tuşuna qədər uzandığı bildirilir. Minlərlə sürücü ya sükan arxasındadır, ya da maşınlarınını mühərrikinin söndürüb aşağı eniblər və yolun açılması ümidilə irəlilərə boylanırlar.

Tıxac Fransa prezidenti Fransua Olandın Azərbaycana səfəri ilə bağlıdır. Hakimiyyət hörmətli qonağın təhlükəsizliyini təmin etmək üçün onsuz da yollarında sıxlıq olan paytaxtın bir sıra küçələrini intensiv hərəkətə bağlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm