• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Pəncərəmdə yatmış şəhər

Pəncərəmdə yatmış şəhər

Narahatlıq, nigarançılıq, darıxmaq deyilən bu duyğular bəzən elə anda gəlir ki, heç istəmədiyin vaxtda. Mənə isə daha çox gecələr gəlir. Başımı yastığa rahatlayıb, gözlərimi yumuram. Elə bir neçə dəqqiə keçməmiş beynimin içində bir qurd oyanmağa başlayır. Beynimin içini qurdalayır, içində nöqsanlar taparaq, rahatlığımı narahatçılığa çevirir. Çarpayımın, yorğanımın, yastığımında rahatlığını pozaraq yerimdən qalxıram...

Hələ yay gəlməmiş elə bil iyulun ortasındayıq. İstili, bürkülü bir gecə mənimlə bir yerdədir. Küləklər şəhəri Bakı elə bir sükuta qərq olub ki, adam lap dəli olmaq ərəfəsinə çatır. Çox çətindir. Səssizlik insana əzab verir. Bir sözlə, sükut hər yerdə mövcudluğunu bildirir. Eyvanımdan yuxuya getmiş şəhəri izləyirəm. Yolun qırağında düzülmüş dirəklərin işıqları da artıq sönüb. Tək-tük maşınlar da ağır-ağır gedir. Elə bil ki, onlarda yuxuludur ancaq narahatlıq var ki, gecənin bu vaxtı harasa gedirlər. Darıxıram. İstəyirəm pəncərədən yatmış şəhərə qışqıram, bağıram ki, bəlkə içimdə ki, o qurduda öldürəm. Ondan sonra yuxuda çarpayıma üz tutar, bəlkə. Ya da Molla Nəsrəddin demiş, gedib yuxumu küçələrdə axtarsam.

Artıq saat 4 tamama gəlir. Gecə yarısını da keçirik. Təkrar yerimə qayıdır və özümə söz verirəm ki, bu dəfə yatacam. Bu dəfədə yuxu üz döndərir məndən. Gözlərim qapalı xəyallar qurmağa çalışıram. Son günlər yaşanılan ədalətsizliklər, qrafomaniya, ölümlər. Qatillərlə vuruşmağa başlayıram. Hansı ki, özüm-özümlə məşğulam. Elə bir hirs yaranır ki, durub güzgüyə yumruq vurmaq istəyirəm. Real danışsaq, vuruşmağa ordum olsun, həm də şir ürəkli, türk ruhlu, içindəki aslanın gözlərini oyada bilən adamlar olsun. Tək özüm isə həmən şəhidlik mərtəbəsinə qalxar və ruhum tənha ağacların arxasında gizlənər.

Nəysə, keçək yuxu probleminə. Elə ki, yuxu tutur. Bir də ayılanda təəssüflənirsən ki, niyə yatdım. Deməli o adamlar məni boğub öldürüblər. Üstəgəldə həmin adamlar da bu gün məni dirildib, gecə öldürəcək. Yenə tək olacam. Zatən bu həyatda axır əvvəl yalnızıq. Hamımız bir az, mən isə hamı qədər yalnızam...

Gecələr bəzən əzab verir. Hələ birdə yay gəlməmiş yay günüdürsə. Pəncərən açıq, ağcaqanad qulağının dibində zəhləni tökürsə, qulaq pərdəni öz iyrənc vızıltısıyla cırmaq istəyirsə. Burada artıq günah mənə məxsusdur. Həşarat dərmanı almağı unutmuşam. Hətta bunuda unutmuşam ki, bizim evə ağcaqanad bəy mart ayında təşrif buyurur. Öz diktorluğunu bizim evdə rahatlıqla göstərə bilir. Çılpaq qollarımdan, ayaqlarıma kimi qanımı sorur. Dəli şeytan deyir get başını su ilə dolu vedrəyə sal və nəfəsin kəsilənə kimi yat. Bu diktorluğa, bir həşaratın beyninin içində yaralar açmasına qarşı, darıxmaq duyğusunun olmamasına qarşı bir intihar et ki, bəlkə birdə belə şeylər olmasın. Bu monoton həyata, mənzərələrə baxmaqdansa elə yıxıl, öl, yat, vəssalam!

Söz yağış yağsın, həm ağcaqnadları, həm də diktatorluğu süquta uğradacam. Bir günlük olsa da, yağış və mən qalib olacağıq. Göy üzündə qələbəmizin rəsmi çəkiləcək. Günəş və bulud...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR