• USD 1,7000 0,00% EUR 2,0016 +0,19%
    • GBP 2,2805 -0,15% RUB 0,0276 +1,09%

Həsən Əliyev küçəsi 4 gün bağlı olacaq

Həsən Əliyev küçəsi 4 gün bağlı olacaq

Mayın 14-dən etibarən paytaxtın Həsən Əliyev küçəsində (keçmiş İnqilab küçəsi) nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, mayın 13-dən 14-nə keçən gecə saat 00:00-dan Həsən Əliyev küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsinədək olan hissəsi yolun asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Yolun adıçəkilən hissəsinin 4 gün tam bağlı olması nəzərdə tutulur.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>