Fuad Muradov Ollandın Azərbaycana səfərindən DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Fuad Muradov Ollandın Azərbaycana səfərindən DANIŞDI

Fuad Muradov Ollandın Azərbaycana səfərindən DANIŞDI

“Fransa prezidenti Fransua Ollandın regiona səfərini ilk olaraq Azərbaycandan başlaması böyük əhəmiyyət daşıyır”. Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Fuad Muradov bildirib.

Onun sözlərinə görə, Fransua Ollandın Azərbaycanda 2 gün səfərdə olması, Azərbaycan-Fransa münasibətlərinin önəmini göstərir.

F.Muradov deyib: “Biz Cənab Prezident İlham Əliyevin və Fransua Ollandın Fransız Azərbaycan Məktəbindəki çıxışlarını izlədik. Fransa prezidenti Azərbaycan haqqında çox yüksək fikirlər bildirdi. Eyni zamanda Fransua Olland Fransa Azərbaycan Dostluq Qrupunun rəhbəri Mehriban xanıma da münasibətlərin inkişafına görə böyük təşəkkürünü bildirdi. Fransa prezidenti Bakı haqqında müsbət fikirlər söylədi. Dedi ki, yaxın zamanlarda paytaxt Bakı dünyanın ən möhtəşəm şəhərlərindən birinə çevriləcək”.

Azərbaycan-Fransa Ticarət Palatasının yaradılması barədə də qərar qəbul olunduğunu diqqətə çatdıran F.Muradov qeyd edib ki, bu, ölkələr arası münasibətlərin inkişafı üçün vacib məsələdir: “Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biridir. Cənab Olland da söylədi ki, biz Dağlıq Qarabağ münaqişəsinin həllinə çox ciddi töhfə verməyi davam etdirəcəyik. Düşünürəm ki, Fransua Ollandın Azərbaycan haqqında bu cür yüksək fikirlər söyləməsi, Azərbaycan-Fransa əməkdaşlığının yaxşı təzahüridir. Əminəm ki, bu əməkdaşlığın davamı yenə də olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm