İsrail radiosunda 20 Yanvar faciəsi haqqında proqram
Bizi izləyin

Qırmızı.az

İsrail radiosunda 20 Yanvar faciəsi haqqında proqram

İsrailin Birinci radio kanalının israillilər arasında kifayət qədər populyar olan “Günün detalları” verilişində 1990-cı ildə Bakıda törədilmiş qanlı Qara Yanvar hadisələrinə şərh verilmişdir.

İsrailin Birinci radio kanalının israillilər arasında kifayət qədər populyar olan “Günün detalları” verilişində 1990-cı ildə Bakıda törədilmiş qanlı Qara Yanvar hadisələrinə şərh verilib.

Qanlı Yanvar hadisələri ilə bağlı tanınmış israilli radioaparıcı Mark Kriçevskinin suallarına cavab verən Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) idarə heyətinin üzvü, beynəlxalq münasibətlər üzrə ekspert Arye Qut qeyd etmişdir ki, 24 il bundan əvvəl Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənərək Bakı küçələrinə çıxıb buna qəti etirazını bildirən Azərbaycan xalqı azadlıq uğrunda mücadiləsini bütün dünyaya nümayiş etdirdi.

“Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya göstərdi. “Udar” (“Zərbə”) şərti adı altında keçirilən həmin dəhşətli əməliyyat SSRİ-nin Müdafiə, Daxili İşlər nazirlikləri və Dövlət Təhlükəsizlik Komitəsi (DTK) tərəfindən hazırlanmışdı. Əməliyyatda əsas yer xüsusi təyinatlı “ALFA” qrupuna və DTK-nın təxribat qruplarına ayrılmışdı”, - deyə Arye Qut qeyd etmişdir.

Arye Qutun sözlərinə görə, Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız ertəsi gün şəhərin hərbi komendantı V.Dubinyakın radio ilə çıxışında və vertalyotlardan səpilən vərəqələrdə bildirildi. Halbuki M.Qorbaçovun Azərbaycana ezam etdiyi vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.

“O ağır günlərdə 20 Yanvar faciəsi ətrafında xəyanət sükutunu ilk yaran ulu öndər Heydər Əliyevin haqq səsi və dəyişməz mövqeyi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına qarşı törədilən cinayətə, qanlı təcavüzə qarşı etiraz səsi ucaldı. Təbii ki, milli-azadlıq istəyi ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilən bu müdhiş faciə qəlbi Vətən eşqi ilə döyünən Heydər Əliyevi narahat etməyə bilməzdi. Azərbaycan xalqının Ümummilli Lideri hadisənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi”, - deyə Arye Qut bildirmişdir.

Qara Yanvar hadisələrini şərh edən Arye Qut demişdir ki, 20 Yanvar Azərbaycan tarixinə həm ümumxalq hüzn günü, həm də qəhrəmanlıq salnaməsinin yazıldığı gün kimi daxil olub. Hadisənin baş vermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir. Həmin gün Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli-azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu hadisə Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, müasir Azərbaycan tarixinə qürur və şərəf mübarizəsi kimi daxil olmuşdur.

Qara Yanvar hadisələrini şərh edərkən Arye Qut bildirmişdir ki, yanvarın 20-də son 24 ildə olduğu kimi, sinaqoqlarda səhər və axşam Azərbaycanın dağ, aşkenazi və gürcü yəhudi icmalarında, Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda həlak olmuş Qara Yanvar şəhidlərinin ruhuna duaları oxunmuşdur.

“Azərbaycan həmişə beynəlmiləl və tolerant ölkə olmuşdur. Azərbaycanlılarla yanaşı, yəhudilər, tatarlar, ruslar da Bakıda Qara Yanvar günündə - bu dəhşətli faciədə sovet kommunist hərb maşınının qurbanı olmuşlar. Bu gün Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (Azİz) anma gecəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Hayfa Universitetində Bessantin, Meyeroviç və Marxevka şəhid ailələri ilə birlikdə keçirəcəyik”, – deyə Arye Qut bildirmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm