Gəncədə və Bakıda quldurluq etmiş şəxslər tutulublar
Bizi izləyin

Qırmızı.az

Gəncədə və Bakıda quldurluq etmiş şəxslər tutulublar

Mayın 6-da Gəncə şəhərinin ərazisində Təvəkkül və Şükür adlı şəxslər şəhər sakini Orxan Səxavətlini bıçaqla hədələyərək mobil telefonunu alıblar.

Mayın 6-da Gəncə şəhərinin ərazisində Təvəkkül və Şükür adlı şəxslər şəhər sakini Orxan Səxavətlini bıçaqla hədələyərək mobil telefonunu alıblar.

Hadisəni törətmiş şəhər sakinləri Təvəkkül Qadıyev və Şükür Əşrəfov Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar.

Xəzər Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları isə mayın 9-da Ülviyyə Abbasovanın 40 manatını və qızıl əşyalarını quldurluq yolu ilə alıb hadisə yerindən qaçmış Bakı şəhər sakini Həsən Təhməzovu yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hər iki faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm