Mənzildə köməksiz qalmış uşaq xilas olunub
Bizi izləyin

Qırmızı.az

Mənzildə köməksiz qalmış uşaq xilas olunub

Bakının Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Bakının Nəsimi rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər uşaq mənzildə köməksiz vəziyyətdə qalıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən uşaq yatmış vəziyyətdə aşkar edilib və aidiyyatı üzrə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm