Şabranda xanım sürücü qəza törətdi: yaralılar var
Bizi izləyin

Qırmızı.az

Şabranda xanım sürücü qəza törətdi: yaralılar var

Şabranda xanım sürücü qəza törətdi: yaralılar var

Ötən axşam Şabran rayonu ərazisində yol qəza hadisəsi baş verib.


ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəndob-Yalama avtomobil yolunun 11-ci km-də, Şabran rayonu Ağalıq kəndi ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.


Hadisə "90 UF 156" dövlət nömrə nişanlı,“Mercedes” markalı minik avtomobilinin sürücüsü 33 yaşlı Bakı şəhər sakini Jalə Əliyevanın avtomobilin idarəetməsini itirərək dəmir maneəyə çırpılması nəticəsində baş verib.


Qəza nəticəsində sürücü Jalə Əliyeva və onunla birlikdə avtomobildə əyləşən 40 yaşlı Şabran rayonu, Şahnəzərli kənd sakini Sevda Ələkbərova müxtəlif yüngül dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına aparılıb.


Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.


Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Elşən Mürsəliyev bildirib ki, hadisəyə səbəb yüksək sürət olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm