Qırmızı.az
ƏƏSMN bu ayın sonunadək daha 4 rayonda əmək yarmarkası keçirəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən may ayının sonunadək Naftalan şəhərində, Yardımlı, Qobustan və Şəki rayonlarında əmək yarmarkaları keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, hazırda həmin şəhər və rayonların məşğulluq orqanları tərəfindən tədbirlərə hazırlıq işləri çərçivəsində işəgötürənlərdən boş (vakant) iş yerləri barədə məlumatlar toplanır. Tədbirlərdə ayrı-ayrı işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına, həmçinin haqqı ödənilən ictimai işlərə cəlb edilməsi də təmin olunacaq.
Cari ildə bölgələr üzrə Şəmkir və İsmayıllı rayonlarında artıq əmək yarmarkaları keçirilib və bu tədbirlərdə 233 nəfər vətəndaşa boş iş yerlərinə göndəriş verilib, 15 nəfər peşə hazırlığı kurslarına, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!