İlham Əliyev: “Fransa prezidentinin müxalifətlə görüşü bizi qəti narahat etmir”
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev: “Fransa prezidentinin müxalifətlə görüşü bizi qəti narahat etmir”

İlham Əliyev: “Fransa prezidentinin müxalifətlə görüşü bizi qəti narahat etmir”

“Fransa prezidenti Fransua Ollandın Cənubi Qafqaz ölkələrinə səfərini Azərbaycana başlaması və gecəni də Bakıda qalması ölkələrarası münasibətlərin yüksək səviyyədə olduğunu göstərir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü İlham Əliyev bildirib.

Onun sözlərinə görə, Fransua Ollandın Azərbaycana səfərini bir müddət bundan qabaq Fransanın sabiq prezidenti Nikolya Sarkozinin Bakıya bir neçə saatlıq səfəri ilə müqayisə etmək olmaz.

İ.Əliyev deyib: “O zaman Nikolya Sarkozi Cənubi Qafqaza səfərini Ermənistandan başlamışdı və Bakıda cəmi bir neçə saat olmuşdu. Ümumiyyətlə, bu səfərləri müqayisə etmək belə olmaz. Fransua Ollandın böyük nümayəndə heyəti ilə Bakıya iki günlük səfəri və burada keçirilən görüşlər Azərbaycanın inkişafından, güclü və nüfuzlu dövlət olmasından xəbər verir. Bütün bunlar isə böyük əhəmiyyət kəsb edir”.

Deputat İ.Əliyev Fransua Ollandın Azərbaycanda bir sıra müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşünə də toxunub: “Biz Fransa prezidentinin müaxlifət nümayəndələri ilə görüşünə məyusluq kimi baxmırıq. Fransa kimi güclü bir dövlətin prezidenti Azərbaycana səfər edib Bakıda bir gecə qalırsa və burada Şəhidlər Xiyabanını ziyarət edirsə, ölkəmiz üçün vacib əhəmiyyət kəsb edən bu qədər sənədlər imzalanırsa, axı biz bundan nə üçün məyus olmalıyıq? Bundan Ermənistan tərəfi məyus olmalıdır və olur da. Əlbəttə ki, hər bir demokratik ölkədə iqtidarla yanaşı müxalifət də olmalıdır. Azərbaycanda da müxalifət üçün normal şərait yaradılır. Müxalifətin sözündən belə çıxır ki, o zaman onlar ölkədə adam yerinə qoyulmamalıdır? Fransa prezidentinin müxalifətlə görüşü bizi qəti narahat etmir. Hər bir dövlət başçısının səfəri ilə bağlı protokol qaydaları mövcuddur. Hər bir səfər əvvəlcədən protocol qaydalarına uyğun olaraq razılaşdırılır, daha sonra səfər baş tutur. Fransa prezidentinin müxalifətlə görüşü gözlənilməz olmayıb. Bu, əvvəlcədən də bəlli idi”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm