Bağça uşaqlarının geyimləri geri alınır
Bizi izləyin

Qırmızı.az

Bağça uşaqlarının geyimləri geri alınır

Bağçalardakı geyimlər geri alınır

Bu ilin yanvarda bağçalarda tətbiq edilən vahid formalar bir neçə gündür geri alınıb. Uşaqların rahatlığı və gigiyenik qaydaları əsas tutaraq hazırlanmış formaların nə üçün toplanması dəqiq bəlli deyil.

Valideynlərin sözlərinə görə, bəzi qruplarda formaların toplanması yay mövsümü ilə əlaqələndirilsə də, bəzilərində hələ də saxlanılıb. Formalar toplanan qruplarda uşaqlar bağçada öz geyimlərində qalırlar. Valideynlər deyir ki, yeni forma verilsə də, iki dəst olması nəzərə alınmalıdır.

Bakı Şəhər İcra Hakimiyyətinin Bağçalar üzrə metodika şöbəsindən bildirdilər ki, formaların toplanması fəsil dəyişikliyi ilə əlaqədardır.

“Yay üçün formaların hazırlanması ilə bağlı məlumat yoxdur. Uşaqlardan toplanan geyimlər isə bağçanın inventarıdır, orada saxlanılacaq. Növbəti ildə yenidən paylanacaq”.

Xatırladaq ki, bu il yanvar ayından bağçalarda uşaqlara verilən vahid forma xarici firma məhsullarıdır və uşaqlara ödənişsiz paylanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm