Xaricdə təhsil almaq istəyənlər üçün müsabiqə başlayır (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Xaricdə təhsil almaq istəyənlər üçün müsabiqə başlayır (YENİLƏNİB)

Xaricdə təhsil almaq istəyənlər üçün müsabiqə başladı

"2007-2015-ci illər üzrə Azərbayan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2015-ci tədris ili üzrə xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclər üçün sənəd qəbulu başlayır.

Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini, QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirilən mətbuat konfransında bildirib ki, xarici ölkələrdə təhsil almaq üçün sənəd qəbulu mayın 20-dən avqustun 8-dək elektron qaydada aparılacaq.

Bu barədə namizədlərə müsabiqədən keçmək üçün əlavə məlumatın veriləcəyini deyən C.Valehov qeyd edib ki, müsabiqədə iştirak edənlər elektron qaydada təqdim etdikləri sənədlərin əslini də Təhsil Nazirliyinə təqdim etməli olacaqlar:

“Dövlət Proqramının təqaüdçüləri bakalavriat səviyyəsi üzrə təhsil almaq üçün 29, magistratura, doktorantura və rezidentura səviyyəsi üzrə isə 35 yaşadək olan Azərbaycan vətəndaşları sırasından seçilirlər. 2014-2015-ci tədris ilində dövlət proqramı çərçivəsində seçilən xaricdəki ali məktəblərinin birindən təhsil almaları üçün qəbul üçün məktub alan gənc və hazırda təhsil alan iddiaçılar xaricdə təhsil almaq üçün sənədlərini təqdim edə bilərlər. Şəffaflığı təmin etmək məqsədi ilə xaricdə təhsil almaq iddiaçıların müsabiqəsində bu ildən başlayaraq, audio-video çəkiliş aparılacaq. Bununla da bu prosesin hansı qaydada şəffaf aparıldığı audio-video çəkilişlərlə təsdiq olunacaq”.

Nazirlik rəsmisi rezidentura səviyyəsi üzrə bu ildən mövcud olacaq bəzi yenilikləri də açıqlayıb. Azərbaycanda tibb təhsili alan gənclərin çoxunun Almaniyada rezidentura təhsili almaq istədiyini deyən C.Valehovun sözlərinə görə, amma Almaniyada səhiyyə sahəsində qanunvericilikdə müəyyən dəyişikliklər olduğundan bu ölkədə rezidenturaya qəbul üçün də müəyyən dəyişikliklər var: “Almaniyanın səhiyyə qanunvericiliyində 1 aprel, 2012-ci il tarixli dəyişikliklərlə əlaqədar həmin ölkədə dövlət proqramı çərçivəsində rezidentura səviyyəsi üzrə təhsil almaq üçün yalnız Almaniyada aprobasiya imtahanını müvəffəqiyyətlə vermiş, universitet klinikalarında işçi müqaviləsi imzalamiş tələbələrin sənədləri qəbul ediləcək”.

Gülşanə Mustafayeva

12:07

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na müsabiqə elan olunub.

Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, Prezident yanında Təhsil üzrə Komissiya sədrinin 10.02.2014-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı”na və “prioritet ixtisas istiqamətləri”nə uyğun olaraq xarici ölkələrin ali məktəblərində təhsil alan və ya şərtsiz təhsil almaq hüququ qazanan Azərbaycan Respublikası vətəndaşları üçün 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramınamüsabiqə elan olunub.


Müsabiqənin şərtləri, tələb olunan sənədlər və digər məlumatla http:// xaricdetehsil.edu.gov.az/ uploads/elan2014.pdf bu linkdən tanış ola bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm